“Növbəti həftə bəlli olacaq” – Samir Şərifovdan ilk açıqlama

  “Növbəti həftə bəlli olacaq” –
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.

Gundeminfo.az xəbər verir ki, sabiq nazir yeni təyinatı ilə bağlı “Manset.az”a açıqlama verib.

Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“Cənab Prezident mənə böyük etimad göstərib. Çalışacağam ki, bu etimadı doğruldum. Hələ ki müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə Baş nazir baxacaq, cənab Prezidentlə razılaşdırılacaq. İnşallah növbəti həftə bəlli olacaq”, - S. Şərifov əlavə edib.
Qeyd edək ki, Samir Şərifov 19 il maliyyə naziri vəzifəsində çalışıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
31 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...