Milli Aerokosmik Agentliyində Natiq Cavadov durğunluğu - Baş direktor Agentliyi məhvə sürükləyir

Milli Aerokosmik Agentliyində Natiq Cavadov durğunluğu -
Prezident İlham Əliyev yanvar ayının 7-də dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması ilə bağlı sərəncam imzaladı. Sərəncamla maaşları artırılan dövlət qurumlarından biri də Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı idi.

AzFakt.com-un əldə etdiyi məlumata görə Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov dövlət başçsının bu xeyirxah sərəncamının ərsəyə gəlməsində özünün böyük əməyinin olduğunu vurğulayır.

"Natiq Cavadov uzun müddətdir Milli Aerokosmik Agentliyinin baş direktorudur. Özünü həmişə ölkənin ziyalı elitası ilə mühüm əlaqələrinin, dostluğunun olduğunu vurğulayan Natiq Cavadov dövlət başçısının bu sərəncamının da onun əməyinə, nüfuzuna görə verildiyi bildirir. Hər yerdə özünü ancaq ölkədə yüksək təbəqədə olan akademiklərlə dost olduğunu bildirən baş direktor hələ indiyədək bir dəfə də olsun Agentliyin inkişafı barədə əməli addım atmayıb".

Məlumatda Milli Aerokosmik Agentliyinin ölkədə gedən sürətli inkişafdan geri qalmasını baş direktorun fəaliyyətsizliyi ilə əlaqələndirirlər.

"Məlum olduğu kimi Azərbaycanda bir sıra sahələr dövlət başçısı, müzəffər ali baş komandan İlham Əliyev cənablarının diqqəti ilə sürətli inkişaf mərhələsindədir. Azərbaycanda bu gün ordu quruculuğu, rabitə, kibernetika sahəsi intibah dövrünü yaşayır. İnkişaf mərhələsində olan dövlət qurumları ilə müqayisədə Milli Aerokosmik Agentliyi süni nəfəs aparatına qoşulmuş körpəni xatırladır. Təəssüflər olsun ki, bir zamanlar dünyada elmi dairələrdə Azərbaycanı ləyaqətlə təmsil edən Tofiq İsmayılovun həyatını həsr etdiyi Milli Aerokosmik Agentlik bu gün dövlətin inkişafına heç bir səmərəsi olmayan, texnologiyanın sürətlə inkişaf etdiyi 2025-ci ildə - müasir dövrümüzdə heç bir elmi-texniki təşəbbüsü olmayan elmi müəssisədir. Əlbəttə ki, bütün bunlar Agentliyin rəhbərliyinin, xüsusən də baş direktor Natiq Cavadovun bacarıqsızlığının, fəaliyyətsizliyinin nəticəsidir".

Məlumatda Müdafiə Sənayesi Naziri Vüqar Mustafayevin Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadovdan çəkindiyi də yer alır:

"Vüqar Mustafayevin 2023-cü ildə Müdafiə Sənayesi naziri təyin olunması Milli Aerokosmik Agentliyinin müəssisələrində çalışan işçilərdə böyük ümidlər yaratdı. Fikirləşdik ki, yəqin gənc, müasir düşüncəli nazir Agentliyin inkişafını prioritet elan edər. Bu elmi müəssisələrdə çalışan işçilər də həm dövlətlərinə xeyir verər, həm də normal həyat yaşayarlar. Lakin təəssüflər olsun ki, hələ ki, Milli Aerokosmik Agentliyinin fəaliyyəti ilə bağlı hansısa müsbət addımlar yoxdur. Ancaq biz ümid edirik ki, cənab Prezidentimizin maaşlarımızla bağlı imzaladığı bu sərəncamdan sonra Milli Aerokosmik Agentlikdə ciddi struktur və kadr islahatları da həyata keçiriləcək".-deyə, qeyd edilir.

Xatırladaq ki, Natiq Cavadov 2019-cu ildən Milli Aerokosmik Agentliyinin baş direktoru vəzifəsini tutur.

onun adı bir sıra qalmaqallı hadisələrdə çəkilib. Belə ki, Natiq Cavadovun adı 2014-cü ildə Nağı Kəngərli adlı iş adamını Dövlət Əyar Palatasında işə düzəltməklə bağlı söz verməsi, bunun müqabilində ondan 500 min dollar, bahalı hədiyyələr alması məsələsində hallanmışdı.

N.Cavadov Nağı Kəngərlinin bu iddialarının gerçək olmadığını bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
58 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...