Rusiyada koronavirusa yoluxanların sayı 1 milyonu ötüb

Rusiyada koronavirusa yoluxanların sayı 1 milyonu ötüb


Rusiyada son sutka ərzində daha 4729 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1000048 nəfərə çatıb.

Son sutka ərzində 123 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 17 176 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
640 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...