Tramp koronavirusdan 5 dostunun öldüyünü bildirib

Tramp koronavirusdan 5 dostunun öldüyünü bildirib
ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası səbəbindən beş dostunu itirdiyini bildirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, o, bu barədə "Fox News" telekanalının efirində deyib.

Dövlət başçısı bildirib ki, son vaxtlara qədər pnevmoniyadan heç bir qohumu və yaxın dostu ölməyib: “İndi 5 nəfəri itirdim, bəlkə altı... Beş dostumu itirdim. Onlardan biri Nyu-Yorkun daşınmaz əmlak bazarında uğur əldə etmişdi”.

Trapm iş adamı olan dostu barədə danışarkən deyib ki, onun koronavirus testi müsbət çıxdıqdan sonra xəstəxanaya yerləşdirildi: “Xəstəxanaya yerləşdirildikdən iki gün sonra komaya düşdü və bir neçə gün sonra öldü”.

ABŞ lideri əlavə edib ki, bu faciəli epizod bir daha göstərdi ki, koronavirus xəstəliyinə yoluxan, risk altında olan insanlara xüsusi qayğı göstərilməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
514 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...