Qardabanidə koronavirusa ilk yoluxma halları qeydə alınıb

Qardabanidə koronavirusa ilk yoluxma halları qeydə alınıb
Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda koronavirusa 2 yoluxma halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, COVID-19 aşkarlanan şəxslər 74 yaşlı qadın və onun 18 yaşlı nəvəsidir.

Hazırda epidemioloqlar onların təmasda olduğu şəxsləri müəyyən edirlər. Rayondan 27 nəfərin bioloji materialı laborariyaya göndərilib.

Qeyd edək ki, bu günə qədər Qardabanidə koronavirusa yoluxan olmamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
662 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...