Merkel PKK terrorçularını siyasi mühacir adlandırdı

Merkel PKK terrorçularını siyasi mühacir adlandırdı


Almaniya kansleri Angela Merkel bu günə Suriya qaçqınlarına sığınacaq verən Türkiyəni tərifləsə də, ekstradisiyasını tələb olunan terrorçularla bağlı Türkiyəyə rədd cavabı verməsi siyasi müzakirə mövzusu olub.

Avropa.info xəbər verir ki, Merkelin PKK-a dəstək verməsi Türkiyədə Qərbin ikiüzlülüyü kimi qiymətləndirilib. Eskpertlər Suriyada davam edən vətəndaş müharibəsindən PKK-nın qazanclı çıxdığını, “İŞİD-ə qarşı mübarizə aparan tək dünyəvi təşkilat” tezisinin Qərbdə ciddi dəstəkləndiyini bildirir. Xarici yardım olmadan mövcud ola bilməyəcək terror təşkilatının qeyd edən analitiklər bu xüsusda Türkiyəni hədəf seçən ölkələrin PKK-dan istifadə etdiyini deyirlər.

PKK üzvlərinə iş vizası və siyasi sığınacaq verən Avropa ölkələri İnterpolda axtarışa verilən 677 PKK üzvünü Türkiyəyə verməkdən imtina edirlər. Türkiyənin tələb etdiyi şəxslər əsasən terror aktları törətmiş şəxslərdir. Rədd edilən ekstradisiya tələblərindən 227 ədədinin səbəbi kimi mühacir statusu göstərilib. Daha əvvəl edam cəzasına məhkum edilmiş PKK üzvlərinin ekstradisiyası isə haqlarında çıxarılmış ömürlük həbs cəzasına görə rədd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1252 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...