Azərbaycanlı biznesmenin işi məhkəməyə göndərildi

Azərbaycanlı biznesmenin işi məhkəməyə göndərildi

Abbas Musayev öz kafesinda lisenziyasız spirtli içki satdığı üçün mühakimə ediləcək. Rusiyada azərbaycanlının qanunsuz spirtli içki satdığı məlum olub. ANS PRESS-in məlumatına görə, Çelyabinskidə yaşayan Abbas Musayev bir neçə ildir ki, Metallurgiya rayonunda Tişenko adına parkda spirtli içki satırmış. Rayon prokurorluğundan bildirilib ki, istintaq aparılıb və məlum olub ki, azərbaycanlı 2010-cu ilin oktyabrdan öz kafesində lisenziyasız spirtli içki satıb. Biznesmen alkoqollu içkidən 16,8 milyon rubl dəyərində gəlir əldə edib. Abbas Musayevin cinayət işi Rusiya Federasiyasının Cinayət Məcəlləsinə uyğun olaraq məhkəməyə göndərilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1571 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...