“Obama bizə xəyanət etdi” Ermənilər etiraza qalxdı

“Obama bizə xəyanət etdi”

ABŞ prezidenti Barak Obamanın 1915-ci il hadisələrinin 100-cü ildönümü ilə bağlı çıxışı zamanı “soyqırım” ifadəsini işlətməməsi Amerikadakı erməni diasporasının etirazına səbəb olub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerika Erməniləri Milli Komitəsi (ANCA) Obamanı xəyanət və saymazlıqda ittiham edib: “Barak Obama prezident seçiləndən bəri, artıq 7-ci dəfədir 1,5 milyon insanın öldürülməsini Türkiyənin təhdidlərinə görə soyqırım kimi qiymətləndirmir”.

ANCA rəhbərliyi üzvləri Barak Obama və onun müavini Co Baydenə məktub yazmağa çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1719 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...