Norveç şahzadəsinin oğlu zorlamaya görə həbs edilib

Norveç şahzadəsinin oğlu zorlamaya görə həbs edilib
Norveç polisi Şahzadə Mette-Maritin oğlu Marius Borg Hoibinin bazar ertəsi axşam həbs olunduğunu elan edib.

Reyting.az xəbər verir ki, Şahzadə Mette-Maritin 2001-ci ildə evlənməzdən bir il əvvəl Şahzadə Heakon ilə münasibətindən doğulan Marius Borg Hoibi Cinayət Məcəlləsinin “qanunsuz cinsi əlaqədə olmaq” maddəsini pozmaqda təqsirili bilinir.

Məlumata görə, Hoibi avqustun 4-də gecə saatlarında paytaxt Osloda bir qadının evində mübahisə etdikdən sonra saxlanılıb. Məıum olub ki, şahzadə qadına fiziki xəsarət yetirib.

Norveç mətbuatı yazır ki, həmin basqın zamanı qadının yataq otağının divarlarından birində bıçaq sıxılmış vəziyyətdə tapılıb.

Polis bildirib ki, Hoibi bazar ertəsi nəzarətə götürülərkən avqust hadisəsinin qurbanı olduğu iddia edilən qadınla eyni avtomobildə olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
81 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...