Ermənistandan Avrasiya ölkələrinə ixrac kəskin azalıb

Ermənistandan Avrasiya ölkələrinə ixrac kəskin azalıb

Dörd aydan çoxdur ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) üzvüdür, lakin bu birliyin mənfi nəticələri artıq özünü göstərir. Bu barədə Trend-in Ermənistanın 1in.am saytına istinadən verdiyi məlumatda deyilir.

2015-ci ilin ilk rübündə Ermənistanın ixracı ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 23 faiz, idxalı isə 30,5 faiz azalıb.
Yanvar, fevral və mart ayları üçün xarici ticarət göstəriciləri hələlik tam deyil. Bu da onunla əlaqədardır ki, cari ilin ilk rübündə AİB ölkələri arasında ticarət göstəricilərinin hamısı toplanmayıb. Ancaq AİB ölkələrinin Ermənistanın xarici ticarətdə nüfuzunu və Ermənistan biznesmenlərinin bəyanatlarını nəzərə alsaq, iddia etmək olar ki, dərc olunmuş rəqəmlərdə ciddi dəyişiklik olmayacaq.

Hər şeydən öncə, Ermənistanın əsas AİB tərəfdaşı olan Rusiya ilə ticarət həcmi əhəmiyyətli dərəcədə azalıb. Demək olar ki, bu il Ermənistan Rusiyaya, eləcə də Belarus və Qazaxıstana da heç nə ixrac etməyib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1688 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...