“Onlar indi faktiki olaraq Azərbaycan ərazisindədirlər” - Kreml

“Onlar indi faktiki olaraq Azərbaycan ərazisindədirlər” -
Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirəcək, lakin onların bu regionda qalma müddəti barədə danışmaq hələ tezdir.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Sülhməramlılarının yaxın gələcəkdə Qarabağda qalıb-qalmayacağı sualına Peskov belə cavab verib: “Hələlik bunu kimsə deyə bilməyəcək”.

“Onlar indi faktiki olaraq Azərbaycan ərazisindədirlər. Biz Bakı ilə əlaqələrimizi davam etdiririk, sülhməramlılar yardım göstərir və Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında artıq başlayan danışıqlarda iştirak edirik”, – Peskov qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
422 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...