İranın Rusiyaya sursat satdığını sübut edən müqavilə KİV-ə sızdı - FOTOLAR

İranın Rusiyaya sursat satdığını sübut edən müqavilə KİV-ə sızdı -

Britaniya mediası İranın Ukraynadakı müharibəsi üçün Rusiyaya sursat satdığına dair ilk ciddi sübut ola biləcək silah sazişinə çıxış əldə edib.

Qaynarinfo xəbər verir ki, sənədlə Britaniyanın "Sky News” telekanalı tanış olub.

Əgər 14 sentyabr 2022-ci il tarixli 16 səhifəlik bu sənəd həqiqidirsə, burada ümumi dəyəri 1 milyon dollardan bir qədər çox olan artilleriya və tank mərmiləri və müxtəlif ölçülü raket nümunələri nəzərdə tutulur.

Mənbə telekanala sənədi, T-72 tankı və haubitsalar üçün lülələr, eləcə də onun mərmilərinin daxil olduğu iddia edilən aidyyatı müqavilənin beş səhifəsi ilə birlikdə verib. Bu sövdələşmə təxminən 740.000 ABŞ dolları dəyərində olub.

"Bu, iranlılar və ruslar arasında döyüş sursatı ilə bağlı müqavilədir... Biz hesab edirik ki, o, 100% orijinaldır", - Britaniya təhlükəsizlik qurumundakı mənbə bildirib.

Sky News may ayında Böyük Britaniyaya səfəri zamanı sənədləri Ukraynanın baş naziri Denis Şmiqala, eləcə də Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverliyə göstərib.

Kiyev və London materialın həqiqiliyini araşdırmağı planlaşdırdıqlarını və mötəbər olduğu aşkar edilərsə, tədbir görəcəklərini bildiriblər.

"Biz belə bir şeyin baş verdiyindən şübhələnirdik. Bunu lazımi şəkildə yoxlayandan sonra, müvafiq hərəkət edə biləcəyik", - Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko deyib:

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli öz növbəsində deyib: "Bizə məlumat verildikdə, biz onu dəyərləndirməyə və təsdiq etməyə çalışacağıq. Və təbii ki, buna əsaslanaraq qərarlar verəcəyik".

"İranın Ukraynaya təcavüz cəhdində Rusiyaya hərbi dəstək verdiyinə dair sübutlarımız olduğu halda, biz hərəkətə keçdik və əlbəttə ki, həmişə eyni şeyi edəcəyik", - o əlavə edib.

Pristayko həmçinin bildirib ki, müqavilə realdırsa, Rusiyanın hərbi təchizatının tükəndiyinin sübutudur.

"Onların silah, sursat kimi sadə şeylərdən danışması Rusiyanın mövqeyinin həqiqətən də kifayət qədər mürəkkəb olduğunu göstərir”, - səfir qeyd edib

İranın Rusiyaya sursat satdığını sübut edən müqavilə KİV-ə sızdı -
İranın Rusiyaya sursat satdığını sübut edən müqavilə KİV-ə sızdı -
İranın Rusiyaya sursat satdığını sübut edən müqavilə KİV-ə sızdı -
İranın Rusiyaya sursat satdığını sübut edən müqavilə KİV-ə sızdı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
483 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...