AKP-nin qərargahına bomba atıldı

AKP-nin qərargahına bomba atıldı

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Diyarbakır şəhərindəki seçki qərargahına bomba atılıb

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəxsiyyəti məlum olmayan bir neçə nəfər qərargahın 20 metrliyinə yaxınlaşaraq ora səs bombası atıb.

Partlayış ətrafdakı yaşayış binaları və iş yerlərindəki şüşələri sındırıb.

Hadisə yerinə gələn polislər yolda nəqliyyatın hərəkətini dayandırıb və araşdırma aparır.
Rəsmilərin məlumatına görə partlayışı törədənlərin kim olduğu hələ məlum deyil, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1648 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...