ÜST-ün baş direktoru təhdid olunur

ÜST-ün baş direktoru təhdid olunur
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təhdid olunduğunu açıqlayıb.

Modern.az xəbər verir ki, ÜST-ün baş direktorunun sözlərinə görə, həyatı üçün təhlükə yaradan mesajlar alır. "Təhdidlər birbaşa SMS vasitəsilə mənə göndərilir. Nömrəmi haradan aldıqlarını bilmirəm", - deyə Qebreyesus bildirib.

Onun sözlərinə görə, evində siqnalizasiya sistemi quraşdırılıb və əməkdaşlar onu müşayiət etmək üçün mühafizəçilərin işə götürülməsini təklif ediblər. ÜST rəhbəri konkret kim tərəfindən təhdid edildiyini açıqlamayıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
124 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...