Nüvə hücumu vaxtı nə etmək lazımdır? - "Nüvə çantası"

Nüvə hücumu vaxtı nə etmək lazımdır? -
Son günlər Ukrayna mediasında nüvə hücumuna hazırlıqla bağlı yazılar dərc olunub.
Yeniavaz.com Ukrayna mətbuatına istinadla xəbər verir ki, bəhs edilən yazılarda nüvə hücumu təhlükəsi olduğu vaxt "nüvə çantası" hazırlamağın vacibliyi qeyd olunub. Bildirilib ki, həmin çantanın içərisinə bir sıra qoruyucu vasitələr, radioaktiv yağışdan polietilen qoruyucular, yarımsintetik geyimlər, respirator və maskalar, əlcəklər və əleyhqaz, radiasiya detektoru və kompas və sair toplamaq lazımdır. Yazıda həmçinin qeyd olub ki, şəraitdən və vəziyyətdən asılı olaraq addımlar atılmalıdır. Digər tərəfdən, təhlükəli bölgədə olan hər kəs “nüvə çantası”nda yığılan ləvazimatladan istifadə etməyi bacarmalıdır.
Qeyd edə ki, bir neçə gün əvvəl Putin Ukrayna müharibəsi ilə bağlı danışarkən "ölkəmizin ərazi bütövlüyü təhdid edilərsə, Rusiyanı və insanlarımızı müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil", - deyə bildirmişdi.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
141 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...