"Danışıqlar prosesini gücləndirəcəyik" - Zelenski

"Danışıqlar prosesini gücləndirəcəyik" -
Ukrayna müharibənin ədalətli şəkildə başa çatması və ölkə üçün real təhlükəsizliyin təmin edilməsi üçün danışıqlar prosesini gücləndirəcək.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radanın iyulun 17-də keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, bütün proseslər və dövlət xidmətlərinin rəqəmsallaşdırılması davam etdiriləcək.

"Mən hökumətdən ordu siyasətinin, veteranlara dəstək proqramlarının, həmçinin Ukrayna əsgərlərinin ailələrinin daha konkret layihələrlə təminini gözləyirəm. Hökumətdən Ukraynada sosial siyasətə daha nizamlı və daha realist yanaşma gözləyirəm", -deyə Prezident vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna qlobal təhlükəsizliyin ən yaxşı donorları və silah istehsalçıları arasında olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...