Deputat seçicisini məhkəməyə verib - QALMAQAL

Deputat seçicisini məhkəməyə verib -
İmişli Rayonundan olan deputat Razi Nurullayev bu rayonun sakini Nadir Şirinovu məhkəməyə verib.

Gundeminfo.az xəbər verir ki, xüsusi ittiham qaydasında məhkəməyə üz tutan Razi Nurullayev həmyerlisinin cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.

İddia ərizəsində qeyd olunur ki, N.Şirinov deputatın özündən və xanımı Könül Ağayevanın şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli məlumatları yayıb.

Məsələ ilə bağlı danışan N.Şirinov deyib ki, bu iddiada heç bir əsas yoxdur.

O, bildirib ki, Razi Nurullayevə faktiki məxsus olan şirkət Laçın rayonundakı tikinti ilə məşğuıldur.

Bu şirkətdə çalışsa da, pullarını ala bilmir: “Mən də bu haqda danışmışam. Deputat Razi Nurullayevin qardaşları – Hacı Hasil, Hüseyn və həyat yoldaşı Könül xanım orada bizimlə danışıq apardılar. Biz gedəndə orada başqa heç bir şirkət yox idi. İşə başlayan vaxt heç normal texnika da yox idi, çox əziyyət çəkdik. Texnikanın edə biləcəyi hər işi əllərimizlə görürdük. İndi haqqımızı tələb etdiyimiz üçün bizi məhkəməyə verir”.

Gununsesi.info



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...