Dollarla bağlı GƏRGİNLİK - Dəyişikliklər ola bilər

Dollarla bağlı GƏRGİNLİK -
ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyatlar Sistemini (FRS) əsas faiz dərəcəsini üç faiz bəndi aşağı salmağa çağırıb. Onun sözlərinə görə, bu addım ölkəyə hər il 1 trilyon dollara qədər qənaət imkanı yarada bilər. Ağ Ev rəhbərinin bu çağırışı qlobal maliyyə bazarlarında və inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda diqqətlə izlənir.

FED-in mümkün faiz endirimi dolların dəyərinə, beynəlxalq investisiya axınına və enerji qiymətlərinə necə təsir edə bilər? Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr bu prosesdən hansı istiqamətlərdə təsirlənər?

“Yeni Sabah” xəbər verir ki, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli Globalinfo.az-a açıqlamasında Trampın bu tələbinin qlobal maliyyə və enerji bazarlarında rezonans doğuracaq bir çağırış olduğunu deyib: Marqarita pizza

“Bu addım reallaşarsa, inkişaf etməkdə olan ölkələr, o cümlədən Azərbaycan müxtəlif iqtisadi kanallar vasitəsilə bu dəyişiklikdən təsirlənə bilər. FED uçot dərəcəsinin azalmasının dolların zəifləməsinə gətirib çıxarması mümkündür. Bu, investorları daha aşağı gəlirli aktivlərdən uzaqlaşdırıb, yüksək gəlirli bazarlara yönləndirə bilər. Nəticədə, ABŞ dollarına olan qlobal tələbat azalacaq. Bundan əlavə, dolların ucuzlaşması qlobal ticarət balanslarını və ixrac yönümlü ölkələr üçün rəqabət şəraitini dəyişə bilər. Bu da investisiya axınlarında müəyyən yeniliklərə yol açacaq”.

İqtisadçı bildirib ki, aşağı faizli ABŞ bazarının investorları inkişaf etməkdə olan ölkələrə yönəltməsi, xüsusilə Azərbaycan kimi dövlətlər üçün bəzi hallarda investisiyaların artmasına şərait yaradar:

“Bu, portfel investisiyaları və ya birbaşa xarici investisiyaların artması ilə nəticələnə bilər. Sözügedən çağırış, həm də orta və uzun müddət ərzində neftin qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Neft ixracatçısı olan Azərbaycan üçün bu, müsbət bir vəziyyət yaradır və büdcə gəlirlərinin artmasına, tədiyyə balansının möhkəmlənməsinə təsir göstərir. Dolların ucuzlaşması ölkəmizin xarici borclanma şərtlərini asanlaşdırar, beynəlxalq maliyyə imkanlarını daha əlverişli hala gətirər. Bu, xüsusilə infrastruktur və enerji layihələrinin maliyyələşdirilməsi üçün yeni imkanlar yaradacaq.

Nəticə etibarilə, Trampın bu addımı qısa müddətdə inkişaf etməkdə olan ölkələr üçün stimullaşdırıcı təsirə səbəb olar. Lakin müsbət təsirlərlə yanaşı, yüksək dəyişikliklər və qeyri-müəyyənlik olduğu üçün Azərbaycan kimi ölkələr iqtisadi siyasətlərində tarazlıq və çevik manevr qabiliyyəti nümayiş etdirməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...