Salyanda qəbiristanlıq yanıb

Salyanda qəbiristanlıq yanıb
Salyan rayonunda qəbiristanlıq yanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Ərəbqardaşbəyli kəndində qeydə alınıb.

Belə ki, yaxınlıqda olan kol-kosda yanğın başlayıb. Küləkli hava olduğundan alov kənd qəbiristanlığına keçib.

Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Buna baxmayaraq, qəbiristanlıqla birlikdə 5 hektar sahə yanıb.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
31 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...