“Azərbaycan telekanallarını silmişəm” yalanı - əhalinin 60 faizi...

“Azərbaycan telekanallarını silmişəm” yalanı -
AZƏRTAC Azərbaycan telekanallarının etibarlı mənbə kimi liderliyini qoruyub saxlaması ilə bağlı geniş yazı dərc edib. Yazıda xatırlanır ki, respublikamızda televiziya reytinqlərinin ölçülməsi 2005-ci ildən etibarən aparılır. Etiraf etmək lazımdır ki, bu sistemin keyfiyyəti yüksək olmasa da, telekanallar piplmetrlə təchiz edilmiş 150 ailənin tələbinə cavab vermək məcburiyyətində qalmışdı.

Beynəlxalq standartlara görə, Azərbaycan qədər əhalisi olan ölkələrdə keyfiyyətli teleölçmələr aparmaq üçün 800-1000 ailəni əhatə edən ölçmə paneli tələb olunur. 2022-ci ildən tanınmış “Kantar Media” şirkətinin texnoloji dəstəyi ilə ərsəyə gələn reytinq müəyyən etmə sistemi yerli operator “MARSA” tərəfindən həyata keçirilir. Hazırda 1000 ailədə ölçmə panelləri quraşdırılıb, ən müasir və keyfiyyətli texniki avadanlıqlarla daha şəffaf və dəqiq reytinq rəqəmləri əldə etmək mümkündür.

“MARSA”nın yanvar-aprel üzrə hesabatına görə, gün ərzində, ümumilikdə, televiziyaya baxan insanların orta sayı 5 milyon 789 mindir. Bu isə o deməkdir ki, ölkə əhalisinin 60,16 faizi hər gün televiziya kanallarına baxır.

Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa olundu » Via.az

Məzmuna gəlincə, tamaşaçılar daha çox informasiya və siyasi verilişlərə maraq göstərir ki, bu da bir tərəfdən cəmiyyətin dünyada baş verən siyasi proseslərə marağını nümayiş etdirir, digər tərəfdən isə məhz televiziyanın bu kimi mühüm bir sahədə etibarlı mənbə kimi çıxış etdiyini göstərir.

Qeyd edək ki, son dövrlərdə sosial mediada və ictimai müzakirələrdə tez-tez “Azərbaycan telekanallarına kim baxır ki?”, “Azərbaycan telekanallarını silmişəm” və ya “televiziya ölüb” kimi yanaşmalara rast gəlinir. Lakin belə görünür ki, bu kimi iddialar statistik reallıqlarla üst-üst düşmür. Aparılan araşdırma həm də televiziya kanallarının hələ də informasiya məkanında ciddi faktor olduğunu, xüsusilə də ictimai rəyə təsir imkanlarının davam etdiyini göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...