DİN-in əməliyyatı: 10 narkokuryer həbs olundu

DİN-in əməliyyatı:
DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları silsilə əməliyyatlar keçiriblər.

Gundeminfo.az xəbər verir ki, əvvəllər məhkum olunmuş 45 yaşlı Əli Əliyev və tanışı Zamik Əliyev, 60 yaşlı Telman Məmmədov, 34 yaşlı Tural Cəfərov, 35 yaşlı Hüseyn Məmmədov, 32 yaşlı Hikmət Axundov, 37 yaşlı Rəvan Baxışov, 28 yaşlı Arzu Əsgərov, 43 yaşlı Vüsal Məmmədov və əvvəllər məhkum olunmuş 24 yaşlı Ayaz Usubov saxlanılıblar.

Bu şəxslərdən 75 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
20 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...