Azərbaycanda şair xərçəngdən vəfat etdi

Azərbaycanda şair xərçəngdən vəfat etdi

Şair Şükür Mürsəloğlu 62 yaşında vəfat edib.

Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

Bildirilib ki, Ş.Mürsəloğlu bir müddətdir ağciyər xərçəngindən əziyyət çəkirmiş.

Mərhum Sumqayıt şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Şükürov Şükür Mürsəl oğlu 1963-cü il 31 dekabr tarixində Laçın şəhərində doğulub. Laçın şəhərində orta təhsil alıb. D.Bünyadzadə adına Xalq təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirib. Gənclik illərindən poeziyaya maraq duyan şairin vaxtı ilə "Laçın" qəzetində, "Göyərçin", "Pioner", "Ulduz" jurnallarında şeirləri çap olunub. "Qar kölgəsi" adlı şeirlər kitabının müəllifidir.

Bir oğlu, bir qızı var.

Allah rəhmət eləsin!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
32 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...