Hacı Vəliyevlə bağlı qərar verildi

Hacı Vəliyevlə bağlı qərar verildi
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilib.

Gundeminfo.az apa-ya istinadla xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin etməyib və Hacı Vəliyev barəsində olan həbs qətimkan tədbiri dəyişdirilməyib.

Hacı Vəliyev aprelin 1-də saxlanılıb. Xətai Rayon Məhkəməsində barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçib. Aprelin 18-də həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb.

Ona Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...