Çingiz 300 mini son gündə ödədi - Hökm gözlənilir
“Formula 1”ə ayrılan dövlət vəsaitini mənimsəməkdə və cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda ittiham olunan Bakı Şəhər Halqası əməliyyat şirkətinin keçmiş şöbə rəisi Çingiz Mehdiyevin məhkəməsi yekunlaşır.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən bugünkü iclasda hökm elan ediləcəyi gözlənilir.
Prokuror Çingiz Mehdiyevə 10 il həbs cəzası tələb etmişdi. Onun vəkili Faiq Nəcəfov son anda məhkəməyə mənimsəmə epizodu üzrə dövlətə dəymiş ziyanın tam ödənilməsi ilə bağlı ərizə təqdim edib.
Məlum olub ki, Çingiz Mehdiyev 397 892 min manatlıq ziyanın qalan 297 892 min manatını da son gündə ödəyib. 100 min manatın isə ibtidai istintaq vaxtı ödəməsi barədə əvvəl məlumat vermişdik.
Müdafiə tərəfi bunu nəzərə alaraq cinayət işinə xitam verilməsini xahiş edib.
Prokuror məsləhətləşmə üçün məhkəmədən vaxt istəyib. Prosesə 1 saatlıq fasilə verilib.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üstünü açdığı bu cinayət 2015-2020-ci illəri əhatə edib.
67 dəfə oxundu