Xəstəxanalara müraciətlər artıb - TƏBİB

Xəstəxanalara müraciətlər artıb -
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində səhiyyə strukturunun təkmilləşdirilməsi, həmçinin tibb kadrlarından daha səmərəli istifadə edilməsi, tibb müəssisələrinin infrastrukturundan səmərəli istifadə edilməsi məqsədilə bir sıra tibb müəssisələrində çarpayı fondunun idarə olunması üzrə nəzarət modulu yaradılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, TƏBİB-in aidiyyəti struktur bölmələri və tibb müəssisələrinin rəhbərləri həmin modula giriş imkanına malikdirlər.

"Xəstəxanalarda çarpayı sayı (stasionar, intensiv terapiya) tibb müəssisəsinin mövcud infrastrukturu, kadr potensialı, ixtisaslaşması normativ hüquqi aktlara əsasən tənzimlənir. Pasiyentlərin sağlamlıq durumları tibb personalı tərəfindən dəyərləndirdikdən sonra zərurət üzrə onların müvafiq şöbələrə yerləşdirilməsi təmin olunur.

Son zamanlar tibb müəssisələrinə artan müraciət saylarının nəticəsidir ki, xəstəxanalarda doluluq faizi yüksəkdir.

Çarpayıların doluluq səviyyəsi hər gün dəyişir. Bəzən boş çarpayı olmadığı üçün müraciət etmiş vətəndaşların TƏBİB tabeli başqa tibb müəssisələrinə yerləşdirilməsi mümkün olmur.

Artım dinamikasını nəzərə alaraq yeni intensiv terapiya şöbələrinin yaradılması nəzərdən keçirilir", - cavabda vurğulanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
32 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...