İran “qisas”a başladı: Azərbaycanlılar hədəfdə!

İran “qisas”a başladı:
PKK terror təşkilatı Suriyadan çıxaracağı Qəndil heyətini İraqdakı Türkmaneli bölgəsinə köçürür.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, İraqdakı təşkilatlanma prosesində İranın dəstəklədiyi “Həşdi-Şabi” və PKK birgə hərəkət edir.

Bildirilib ki, plana əsasən, terror təşkilatı Sincar-Telafer-Kərkük xəttinə yerləşdiriləcək. Hətta son 20 gündə Kərkük-Telafer xəttində İran və PKK arasında iki gizli toplantı da keçirilib.

İraq türkmanları parlament qrupunun rəhbəri Ərşad Salehi də Kərkük-Mosul-Telafer xəttində hərəkətliliyin artdığını və Türkmanelini çətin dövrün gözlədiyini bildirib:

“Suriyadakı dəyişiklik balansa dərindən təsir edəcək. Bölgəmizdə bunun əlamətlərini görməyə başlamışıq. İran rəsmilərinin təhdidləri və PKK-nın Türkmanelidə məskunlaşdırma fəaliyyətləri daha çox özünü büruzə verib. Suriyanın qisası üçün Türkmanelini qarışdıracaqlar. Ankara təhlükənin fərqində olmalıdır. Oyun böyükdür və təhlükə səviyyəsi yüksəkdir. İlk hədəf Türkmaneli olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
51 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...