Həmzə Məmmədliyə hökm oxundu

Həmzə Məmmədliyə hökm oxundu
Terrorçuluğa və dövlətə qarşı açıq çağırışlar etməkdə ittiham edilən 33 yaşlı Həmzə Məmmədlinin məhkəmə araşdırması tamamlanıb.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Bu işin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılıb.

İş materiallarından da görünür ki, gənc müttəhim 2015-ci ildən Almaniyaya köçüb. O, həmin ölkədə tibb kolleci bitirdikdən sonra xəstəxanalardan birində həkim köməkçisi işləyib.

H.Məmmədli barəsində 2018-ci ildə Azərbaycanda indi mühakimə edildiyi əməllərinə görə cinayət işi başlanılıb.

2023-cü ildə Həmzə Almaniya vətəndaşlığı almağı bacarıb. Bununla yanaşı Azərbaycan vətəndaşlığını saxlayıb. Bu günə kimi də elə sonuncu statusda mühakimə edilib.

Təqsirləndirilən şəxsin doğulduğu ölkəyə geri dönmə səbəbi isə evlənmək olub. O, 8 il sonra toy etmək üçün Bakıya qayıdıbmış.

Bu gün Həmzə Məmmədli ittiham edildiyi maddələrlə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
64 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...