Təyyarə qəzasında həlak olanların bank borcları silindi

Təyyarə qəzasında həlak olanların bank borcları silindi
Azərbaycan Mərkəzi Bankının tövsiyəsi və Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Mikromaliyyə Assosiyasiyasının (AMFA) təşəbbüsü ilə, qəzada həyatını itirmiş vətəndaşlarımızın banklarda və bank olmayan kredit təşkilatlarında mövcud olan kredit öhdəlikləri tam həcmdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib.

Bu barədə Gundeminfo.az-a ABA-dan məlumat verilib.

"Bütün dövrlərin sınaqlarında xalqımızın və ölkə rəhbərliyinin yanında olmuş Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları adından, ABA və AMFA olaraq, qəza nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, yaralılara isə şəfa diləyirik", - məlumatda vurğulanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
65 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...