“Real Hospital” lisenziyadan kənar fəaliyyətlə məşğul olub?

“Real Hospital” lisenziyadan kənar fəaliyyətlə məşğul olub?
“Real Hospital” inzibati məsuliyyətə cəlb edilib.

Hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə protokol tərtib edilib.

“Real Hospital” lisenziyadan kənar fəaliyyətlə məşğul olub?


Bu maddə tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 300 manatdan 500 manatadək, vəzifəli şəxslərin 800 manatdan 1000 manatadək, hüquqi şəxslərin isə 6000 manatdan 8000 min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Real Hospital”ın baş həkimi Anestezioloq-Reanimatoloq Rövşən Yusibovdur.


Hospitalın sahibi isə Xətai rayonu icra başçısı olmuş Razim Məmmədova məxsus olması bildirilir, bu barədə mətbuatda məlumatlar yayımlansada təkzib olunmayıb.
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.Qaynarinfo.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
105 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...