Çadda prezident sarayına hücum olub – 19 nəfər ölüb

Çadda prezident sarayına hücum olub –
Naməlum silahlı şəxslər Çadın paytaxtı Ncamena şəhərində prezident sarayına hücum ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə AFP agentliyi ölkənin təhlükəsizlik xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, şəhərin mərkəzindəki prezident sarayının ərazisində şiddətli atışma olub. Atışma yerli vaxtla saat 20:45 (Bakı vaxtı ilə saat 23:45) radələrində başlayıb. Həmin vaxt ölkə prezidenti Mahamat İdriss Debi İtno sarayda olub.
Hücumda 18-i silahlı şəxslər olmaqla, ən azı 19 nəfər həlak olub.
Agentlik onu da qeyd edib ki, prezident sarayının yaxınlığındakı bütün yollar bağlanıb, şəhərin mərkəzinə polis bölmələri, o cümlədən hərbi texnika və tanklar yeridilib.
“Al Arabiya” telekanalının məlumatına görə, hücumun arxasında “Boko Haram” terror təşkilatının silahlıları dayanıb.
Hücum qətiyyətlə yatırılıb.
Çad xarici işlər naziri Abderaman Kulamalla hücumu ölkədə sabitliyi pozmaq cəhdi adlandırıb. Çad Silahlı Qüvvələrinin Baş Qərargahı paytaxtda vəziyyətin normallaşdığını açıqlayıb.
Hadisə Çinin xarici işlər naziri Van Yinin ölkəyə rəsmi səfərə başlamasından bir neçə saat əvvəl baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
48 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...