Zelenski bu ölkəyə xəbərdarlıq etdi: Növbədə sizsiniz!

Zelenski bu ölkəyə xəbərdarlıq etdi:

Slovakiya Ukraynaya kömək etməsə, Rusiya təhlükəsini hiss edəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Onun ölkəsi müharibə şəraitində deyil, Allaha şükür və mən onun xalqına sülh arzulayıram ki, onlar heç vaxt Putinin simasının necə olduğunu görməsinlər. Amma o, (Fitso) bizi dəstəkləməlidir, əks halda bunu çox yaxşı başa düşəcək. Putin heç vaxt dayanmayacaq”, - deyə Zelenski bildirib.

Ukrayna prezidenti vurğulayıb ki, Putin müharibə prosesinin özünü bəyənir: “O, müharibə fanatıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...