VMF-dəki oğurluğun - Videosu

VMF-dəki oğurluğun -
VMF şirkəti oktyabrın 9-da Yasamal rayonu Nəriman Nərimanov prospektindəki mağazadan bahalı saatın oğurlanması hadisəsi ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, şirkətin baş direktoru Aida Əliyeva oğurluqda şübhəli bilinən şəxsin ölkədən çıxmaq istəyərkən tutulduğunu bildirib.

O qeyd edib ki, saatın beynəlxalq cinayətkar şəbəkənin maraq dairəsində olması barədə öncədən məlumatlı olublar.

A.Əliyeva "Kontinental saat muzeyi"ndən oğurlanan nadir saatsazlıq nümunəsi "BREGUET Tourbillion" mexanizmli qızıl saatın qiymətinin 80 min manat olmasını da qeyd edib.

Qeyd edək ki, polis əməkdaşları oğurluqda şübhəli bilinən Çin vətəndaşını saxlayıb. Onun barəsində cinayət işi açılıb.

Anspress.com-a istinadən hadisə anının görüntülərini təqdim edirik:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...