Ukrayna üçün dəhşətli sınaq başladı: son 3 ay... - Arestoviç

Ukrayna üçün dəhşətli sınaq başladı: son 3 ay... -
Ukrayna sülh danışıqlarına başlamasa, cəbhə 3-4 aya çökə bilər.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.

O bildirib ki, oktyabr və noyabr ayları dəhşətli bir sınaq olacaq:

"Bu, hələ baş verməyib. Ruslar hər fürsətdən istifadə etməyə çalışacaqlar. Bunu dayandırmağın yeganə yolu sülh danışıqlarıdır. Ukrayna öz silahlı qüvvələrini qura bilmədiyi üçün müharibədə şansını əldən verdi".

Keçmiş müşavir qeyd edib ki, cəbhə dörd əsas istiqamətdə dağılır. Onun fikrincə, Ukrayna qüvvələri Kuraxovsk-Pokrovsk, Toretsk, Çasov Yar-Kupyansk istiqamətində və Kursk vilayətində məğlub edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
137 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...