Qarakənd faciəsindən 32 il ötür

Qarakənd faciəsindən 32 il ötür
Bu gün 1991-ci il noyabrın 20-də baş verən Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" vertolyotunun erməni silahlı dəstələri tərəfindən vurulmasının 32-ci ildönümüdür.

Hadisə nəticəsində vertolyotda olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər:

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror

Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri

Zülfü Saleh oğlu Hacıyev – baş nazirin müavini

Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili

Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili

Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri

Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

İqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroru

Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisi

Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini

Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant

Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

Alı Mustafa oğlu Mustafayev – telejurnalist

Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı

Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator

Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri

Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü

Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.

Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənib.

Faciədən 32 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.

Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
359 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...