Xərçəngdən əziyyət çəkən müğənni Zeynəb səhhəti ilə bağlı açıqlama verdi - VİDEO

Xərçəngdən əziyyət çəkən müğənni Zeynəb səhhəti ilə bağlı açıqlama verdi -
Onkoloji xəstəlikdən əziyyət çəkən müğənni Zeynəb Həsəni səhhətindən danışıb.

Oxu.Az xəbər verir ki, hazırda Türkiyədə müalicə alan sənətçi səhhəti ilə bağlı ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişinə açıqlama verib.

“Bir az problemim var idi. Özümdə narahatlıq hiss etdim və həkimə gəldim. Müayinələrdən keçəndə məndə bu xəstəlik aşkarlandı. İnşallah müalicələrlə keçəcək. Əməliyyat olundum”, - deyə müğənni açıqlamasında bildirib.

Qeyd edək ki, Zeynəbin anası bir müddət əvvəl xərçəng xəstəliyindən vəfat edib.

Xatırladaq ki, Z.Həsəni “Leyli” mahnısı ilə məşhurlaşıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...