Mirşahin Ağayevin qardaşı həbs edildi -

Mirşahin Ağayevin qardaşı həbs edildi -
Real TV-nin direktoru Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayev həbs edilib.

Haqqın.аz xəbər verir ki, M.Ağayev əlillik dərəcəsinin bərpası ilə bağlı dələduzluqda ittiham olunub. Ağayevin qurbanlarından biri onun yaxın qohumudur.

O, məhkəmənin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

İxtisasca həkim olan Mirəddin Ağayev 1998-2008-ci illərdə Salyan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, eyni zamanda Yardımlı Rayon Xəstəxanasının baş həkimi olub. Bu, onunla bağlı ilk dələduzluq işi deyil, Ağayev əvvəllər də analoji cinayətə görə məhkum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
101 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...