Prezident onları nazir müavini təyin etdi

Prezident onları nazir müavini təyin etdi
Anar Məhərrəm oğlu Bayramov və Rəşad Əzizağa oğlu Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.

Gundeminfo.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə müvafiq sərəncamlar imzalayıb.

Qeyd edək ki, 50 yaşlı Anar Bayramov hazırkı vəzifəsinə qədər ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

47 yaşlı Rəşad Mustafayev isə hazırkı vəzifəsinə qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
103 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...