İcra başçısının müavini İmran Məmmədov Bakıda ticarət mərkəzi tikdirib?

Naxçıvan şəhər icra Hakimiyyətinin başçısının müavini İmran Məmmədov Bakıda ticarət mərkəzi tikdirib.

İmran Məmmədovun ticarət mərkəzi Bakıda Ceyhun Hacıbəyli 41A ünvanında yerləşir.

Obyekt 3 mərətəbli və mansardlıdır.
Obyektin ümumi sahəsi 300 kvadrat metrdən artıqdır.

Qeyd edək ki, bu ərazidə qeyri-yaşayış binalarının, ticarət obyektlərinin 1 kvadrat metrinin satış qiyməti 7 min manatdan başlayır.
Xatırladaq ki, İmran Məmmədov Naxçıvan şəhər icra hakimiyyətinin başçısının müavini olmaqla yanaşı, həm də İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir.(qlobal.az)

Qeyd edək ki, İmran Məmmədov Bakı şəhərinin Nəsimi və Nizami rayonlarının icra hakimiyyəti başçısının uzun illər müavini işləmiş Qərib Məmmədovun oğlu və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sabiq baş direktoru Vaqif Novruzovun kürəkənidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
217 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...