Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı vəfat edib

Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı vəfat edib
SSRİ-nin xalq artisti, opera müğənnisi Bela Rudenko vəfat edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, B. Rudenko bu gün 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, B. Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı olub.

Bela Rudenko 18 avqust 1933-cü ildə Ukraynada anadan olub. 1973-1988-ci illərdə Dövlət Akademik Böyük Teatrının solisti kimi çalışıb.

1992-ci ildə karyerasını başa vuran müğənni "Bolşoy" Teatrın İnkişaf Fonduna rəhbərlik edirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
922 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...