Koronavirusa yoluxan teatr direktoru: “Daha dözə bilmirəm”

Koronavirusa yoluxan teatr direktoru:

“Vəziyyətim yaxşıdır, el dili ilə desək, üzü bu yana doğru gəlirəm”. Bunu koronavirusa yoluxan Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov deyib.

Əməkdar artist bildirib ki, həkimlər bir neçə gündən sonra təkrar analiz nümunələri götürəcəklər: “Xəstəxanada darıxıram. Həkimlərə deyirəm ki, daha dözə bilmirəm, burada çətindir. Həkim deyir ki, “sən sağalmaq istəyirsən, yoxsa geri qayıtmaq? Ona görə də səbirli olub, dözməlisən”.

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov bir müddət əvvəl koronavirusa yoluxub. Direktor hazırda Zığ modul tipli xəstəxanada müalicə olunur.

Mənbə: Qaynarinfo.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1073 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...