Günay İbrahimli: “Sənətimə görə qohumlarım məndən üz döndərmişdi” - VİDEO

Günay İbrahimli: “Sənətimə görə qohumlarım məndən üz döndərmişdi” -

ARB TV-nin “Özəl” verilişinin növbəti qonağı müğənni Günay İbrahimli olub.

Müğənni sənətinə görə yaşadığı çətinliklərdən və ailə dəstəyindən söhbət açıb:

“Bu sənətdə olmağıma görə başda Allahıma, sonra isə valideynlərimə borcluyam. İllər öncə bu sənətə pis baxırdılar. İndi artıq normallaşıb. Bu Allahın verdiyi paydır. Çox çətinliklər çəkdim, məni çox insanlar qəbul etmədi. Amma həmin zamanlarda valideynlərim yanımda oldu. Anam hər zaman deyirdi ki, ürəyimdə olan arzularımı sən gerçəkləşdirdin. Qohumlarım üz döndərdilər, çox problemlər yaşadıq. Deyirdilər ki, qoymayın qızı oxusun, yaxşı sənət deyil. Şükürlər olsun ki, artıq o qohumlarla da problem yoxdur”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1801 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...