Xatirə İslamdan şok açıqlama: "Gün ərzində 500-dən çox gizli toy olur"

Xatirə İslamdan şok açıqlama:
“Azərbaycanda gün ərzində 500-dən çox gizli toy olur".

Musavat.com bildirir ki, bu sözləri tanınmış müğənni Xatirə İslam sosial şəbəkədə qeyd edib. Sənətçi toyların keçirilməsinə icazə verilməsini istəyib:
"Bunlar nə vaxta qədər davam edəcək? Toylara ya icazə verilməlidir, ya da qanunsuz keçirilənlərin qarşısı alınmalıdır".

Müğənni gizlin şəkildə toylara dəvət edildiyini də vurğulayıb:
"Dostlarımdan, tanışlarımdan da xahiş edirəm ki, məni gizli təşkil etdikləri toylara çağırmasınlar. Çünki qayda-qanun adamıyam, iştirak etdiyim məclisdə rahat olmalıyam. Məni düz başa düşün”.

Xatırladaq ki, bir müddət öncə sənətçi Nazilə Səfərli də Musavat.com-a açıqlamasında toy və nişan mərasimlərinə dəvətlər aldığını və bir sıra şadlıq sarayları, restoranlarda 150 nəfərlik məclislər keçirildiyini bildirmişdi.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2168 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...