“Instagram” ulduzu müəmmalı şəraitdə öldü - FOTOLAR

“Instagram” ulduzu müəmmalı şəraitdə öldü -

Beşinci uşağına hamilə olan “Instagram” bloqeri Emili Mitçell səhər yeməyi zamanı müəmmalı şəkildə ölüb.

Bu barədə “E! Online” xəbər yayıb.

“Em qəhvəsini içir və səhər yeməyi yeyirdi, ancaq birdən huşunu itirdi... Həkimlərin səylərinə baxmayaraq, onu özünə gətirmək cəhdləri nəticəsiz qaldı”, - deyə qadının yaxınları bildirib.

Mitçell bloqunda ailə həyatı barədə məqalələr paylaşırdı, onun 143 min abunəçisi var idi.

Faciədən bir müddət əvvəl o, beşinci dəfə qeysəriyyə əməliyyatı etdirəcəyini bildirmişdi.

36 yaşlı bloqer hamiləliyinin 16-cı həftəsində idi.

Həkimlər onun qəfil ölümünün səbəbini hələ də müəyyənləşdirə bilməyiblər.

“Instagram” ulduzu müəmmalı şəraitdə öldü -
“Instagram” ulduzu müəmmalı şəraitdə öldü -
“Instagram” ulduzu müəmmalı şəraitdə öldü -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
650 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...