Karantin qaydalarını pozduğuna görə 1 ilə qədər həbs oluna bilər

Karantin qaydalarını pozduğuna görə 1 ilə qədər həbs oluna bilər

Türkiyənin Bursa şəhərinin İnegöl ilçəsində karantin qaydalarını pozaraq şadlıq sarayında işləyən şəxs haqqında dava açılıb.

Medicina.az xəbər verir ki, şadlıq sarayında işləyən şəxs test nəticələrinin müsbət çıxması səbəbi ilə 27 avqustda karantinə alınıb. 5 sentyabrda şadlıq sarayında işlədiyi xəbərini alan polislər toyda çəkilən video və şəkilləri araşdırdılar. Karantin qaydalarını pozduğuna görə, həmin şəxsə 3 min 150 lira (707 manat 49 qəpik) cərimə yazıldı.

Rəsmilərin açıqlamasına görə, karantin qaydalarını pozan şəxs barəsində 1 ilə qədər həbs cəzasıyla cinayət işi açıldı.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
106 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...