Gülbahar Şükürlünün vəziyyəti pisləşdi - Heç kimi tanımır

Gülbahar Şükürlünün vəziyyəti pisləşdi -
Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. Ailə üzvlərindən “Qafqazinfo”ya verilən məlumata görə, bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısı nitqini itirməyə başlayıb.

“Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmaları var, səndələyir, nitqi itir. Artıq heç kimi tanımır. Yataqdadır, yerindən dura bilmir və vəziyyəti ağırlaşır. Təzyiq və baş ağrıları artır, kəskinləşir”,- deyə bildirilib.

Qeyd edək ki, maddi durumu yaxşı olmayan sənətçi xəstəxanaya getməkdən və əməliyyatdan imtina edib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
635 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...