Bəhram Bağırzadə xəstəxanadan evə buraxılıb

Bəhram Bağırzadə xəstəxanadan evə buraxılıb
Əməkdar artist Bəhram Bağırzadə xəstəxanadan evə buraxılıb.

Bu barədə APA-ya B. Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə məlumat verib.

O bildirib ki, B. Bağırzadə bu gün xəstəxanadan evə yazılıb.

Qeyd edək ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

İyulun 1-də B. Bağırzadə EKMO cihazından ayrılıb.

Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1397 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...