Tacir Fədayənin həbsindən danışdı: “Onun adı kriminal aləmdə…”

Tacir Fədayənin həbsindən danışdı:

“Yəqin ki, Fədayə haradasa səhv edib”. Bunu müğənni Tacir Şahmalıoğlu Fədayə Lacının həbs olunmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, insan boş yerə həbs olunmaz:

“Eşitdim ki, Fədayə həbs olunub. Cəmisi 4 il bir yerdə yol gəlmişik, duet ortağı olmuşuq. Həmin vaxtlar onun adı kriminal aləmdə hallanmırdı. Məndən sonra hansı yol getdi - daha o mənim üçün maraqsızdır. Müğənni hara, kriminal olay hara? Onu bilirəm ki, “su səhəngi suda qırılar”, ya da “niyyətin hara, mənzilin də ora” deyiblər. Ya gərək müğənni olasan, ya da kriminal aləmdə yer tutasan. Bunun birini seçməlisən. İkisini də idarə edəndə bunun bir sonu olur. Görünür, Fədayə nəysə səhv edib və bunu da ona bağışlamayıblar”.

Qeyd edək ki, müğənni Fədayə Laçin Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs olunub. O, oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1216 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...