Günay keçmiş ərini məhkəməyə verdi

Günay keçmiş ərini məhkəməyə verdi


Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva keçmiş əri, aktyor Tolqa Kareli məhkəməyə verib.

Buna səbəb Tolqanın oğlu Cahangir üçün ödədiyi 500 lirə (təxminən 263 manat) alimentin azlığıdır.

G.Musayeva pulun az olduğunu və artırılmasını tələb edir. Tolqanın yeni həyat yoldaşına bahalı üzük aldığını deyən model maddi vəziyyətinin yaxşı olmadığını etiraf edib: "Tolqanın maddi vəziyyəti yaxşıdır. Əcnəbi bir firmayla müqabilə imzalayıb. Buna görə də təzminat artırılsın". Qeyd edək ki, Günay və Tolqa 2011-ci ildə evlənib, ötən il boşanıblar. Cütlüyün bu evlilikdən dünyaya gələn oğlu Cahangirin 4 yaşı var.(Axsam.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1003 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...