Bülənt Ərsoydan Xoşqədəmə: - "Gəlin xanım, səndən küsmüşəm"

Bülənt Ərsoydan Xoşqədəmə: -


Aparıcı Xoşqədəm Hidayətqızı və həyat yoldaşı, türkiyəli müğənni Doğuş Kanal D-də yayımlanan “Renkli sayfalar” verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, aparıcı hamiləliyindən bəhs edib: “Bir gün halım pisləşdi, xəstəxanaya apardılar. Bir gecə qaldım, qan analizi götürdülər. Səhəri evə gəldik, hazırlaşıb, başqa yerə getməliydik. Otaqda paltar geyinəndə, Doğuş ağlaya-ağlaya içəri girdi, məni stola oturtdu. Həmin an düşündüm ki, analizlərin cavabı pis olub, mən xərçəngəm. Doğuş qayıtdı ki, bizim övladımız olacaq. Mən nəzərə inanıram, ona görə də gizlədirdim”.

Doğuş həyat yoldaşının hamiləlik xəbərini hamıdan gizlətməyə çalışdığını bildirib: “Hamiləlik xəbərini ilk vaxtlarda heç kimə demirdik, gizlətməyə çalışırdıq. Çox həyəcanlı idik. Kiminsə eşitməsini istəmirdik”. Efirə zəng edən türkiyəli müğənni Bülənt Ərsoy Doğuşdan və X.Hidayətqızından inciyidiyini dilə gətirib. O, “Gəlin xanım, sizdən küsmüşəm. Həyat yoldaşınız məni toya çağırmadı” deyə, əlavə edib.

X.Hidayətqızı onun könlünü almağa çalışıb: “Eybi yox, uşaqlarımız dünyaya gələndə, sizi dəvət edəcəyik”. X.Hidayətqızı televiziya sahəsindəki uğurlarına görə, türkiyəli aparıcıya minnətdar olduğunu deyib: "Televiziya sahəsindəki bütün uğurlarımı Mehmet Ali Biranda borcluyam. Hər dəfə efirdən sonra ona yığıb, fikrini soruşurdum. Bunu ilk dəfə deyirəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1097 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...