“Bir qızın olur, heyvanın biri isə gəlib onu öldürür

“Bir qızın olur, heyvanın biri isə gəlib onu öldürür

Əlləri bağlı, boğularaq qətlə yetirilən musiqiçi Dəyər Dənizin ölümü Türkiyə məşhurlarını da kədərə boğub

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni Kənan Doğuluyla aktrisa həyat yoldaşı Beren Saat İnstaqram hesablarından sənətçinin ölümü ilə bağlı başsağlığı veriblər. Kənan cinayətkarın tezliklə həbs ediləcəyinə əmin olduğunu yazıb:

“Kədərimiz izaholunmazdır. Ailəsinə və dostlarına səbr, güclü olmağı diləyirəm. Cinayətkar və ya cinayətkarların qısa zamanda tutulub məhkəməyə təhvil verilməsini arzulayıram. Allah rəhmət eləsin! Yeri cənnət olsun!”.

Beren isə duyğularını daha sərt şəkildə dilə gətirib:

“Bir qızın olur, sevincindən göylərə uçursan, adını Dəyər qoyursan ki, hamı sənin kimi qədrini bilsin. Sonra isə heyvanın biri gəlib həmin o Dəyər Dənizi boğur. Allah lənət eləsin!”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...